Spina bifida, fetal onurğa beyni kanalının tamamilə bağlanmadığı anadangəlmə patalogiyadır. Bu zaman bel sütunundakı sümük qövsləri tam olaraq örtülmür.Başqa sözlə desək,onurğa açıq vəziyyətdə bədən səthində formalaşır. Spina bifida, onurğa meydana gətirən sümüklərin onurğa beynini tamamilə örtmədiyi və onurğa beyni və əlaqəli sinirlərin məruz qaldığı bir vəziyyətdir. Spina bifida hamiləlik dövründə edilən qan və ultrasəs testləri ilə aşkar edilə bilər. Xəstəliyin əsas səbəbi kimi hamiləlik dövründə anada və uşaqda fol asit turşusunun əksikliyi göstərilir. Spina Bifida aşağıdakı kimi təsnif edilmişdir:
Spina Bifida Okkulta: Bu növ xəstəliyin həm ən yüngül,həm də ən çox rast gəlinən formasıdır. Bu zaman kürək nahiyəsində onurğa beyninin aşkar zədələnməsinə səbəb olmayan yırtıq olur. Və çox nadir halda xəstəlik şəxsdə hər hansı qüsur yaradır.
Meningosele: Bu növdə kisənin içində onurğanı və onurğadakı mayeni örtən toxumalar vardır.Bu maye onurğanı və onurğa beynini təmizləyir və qoruyur. Belə olduğu halda sinirlər çox zərər görmədiyindən xəstədə çox az məhdudiyyət yaradır.
Miyolomeninqosele-Spina Bifidanın ən ağır formasıdır. Burada kisənin içərisində təkcə onurğa beyni mayesi deyil həm də, sinirlər də olur. Burada söhbət onurğa beyninin özünün bir hissəsinin kürəkdən qabarmasından gedir.Elə hallarda olur ki, toxumalar və sinirlər açıqda olur.Bu səbəblərə bağlı olaraq iflic və hiss etmə qabiliyyətinin itirilməsi halları müşahidə edilir.
Spina bifidası olan körpələr, sinir funksiyaları müalicə edilmədikdə doğuşdan sonra pisləşə bilər. Bu məqsədlə fetus əməliyyatı tələb oluna bilər. Doğuş öncəsi əməliyyat hamiləliyin 26-cı həftəsindən əvvəl həyata keçirilir. Hamilə ananın bətni açılır və körpənin onurğa beynindəki qüsur bərpa edilir. Fetal cərrahiyyə spina bifida olan uşaqlarda əlillik və hidrosefaliya riskini azaldır.Hələ ana bətnindəykən spina bifida diaqnozu qoyulan körpənin doğuşuna qərar verilərsə, körpə doğuşdan sonra ilk 36 saat ərzində əməliyyat edilməlidir.
Xəstəliklə bağlı qeyd edilən hər bir müayinə və əməliyyat ən müasir tibbi texnologiya ilə təchiz olunmuş xəstəxana və öz sahəsinin peşəkarı olan akademik həkim heyəti tərəfindən həyata keçirilməlidir. Məhz Türk Sağlıq Qrupu sizi xəstəliyinizlə bağlı ən müasir tibbi cihazlara və peşəkar həkim heyətinə sahib xəstəxanalara yönləndirəcəkdir. Daha ətraflı məlumat almaq və peşəkar türk həkimlərindən xəstəliyinizlə bağlı pulsuz ikinci tibbi rəy almaq üçün bizə müraciət edin.
