Aora Qapağının Dəyişdirilməsi yəni əvəzedilməsində tətbiq edilən ən yeni metodlardan biri TAVİ (Transkateter Aorta Valve İmplantasiyası) əməliyyatıdır. TAVI (TranscatheterAorticValveİmplantation) - kateter vasitəsilə ürək qapağının protezləşdirilməsi, yəni süni qapaqla dəyişdirilməsi əməliyyatıdır.
TAVİ metodu ilə əməliyyat şansı olmayan və ya yüksək risk daşıyan xəstələrin aorta qapağının daxilinə əməliyyat edilmədən katetervasitəsi ilə yeni qapaq yerləşdirilir. Bu üsulla, döş qəfəsi yarılmadan, kəsiksiz, ağrısız aorta qapağı dəyişdirilməsi həyata keçirilir.
Əməliyyat qasıq bölgəsindən 3-4 sm-lik kəsiklə bud arteriyasına girilərək həyata keçirilir. Ayaqdakı damardan girilərək aorta damarla ürəyin sol mədəciyi arasındakı qapaq süni qapaqla əvəz olunur.
Prosedur lokal anesteziya altında icra olunr.Əməliyyatdan sonra xəstəxanada qalma müddəti 1 ilə 4 gün arasında dəyişir. TAVİ əməliyyatı xüsusilə yaşlı və ciddi riskli xəstələrə, həmçinin ağciyər, qaraciyər, böyrək funksiyaları pozulmuş yaşlı insanlara tətbiq olunur. Açıq ürək əməliyyatından fərqli olaraq TAVİ əməliyyatı ürəyin dayandırılmasına, süni ürək qan dövranına ehtiyac olmadan icra olunur.
TAVİ-nin üstünlükləri
- Əməliyyat müddəti qısa olur;
- Əməliyyat kəsiksiz olur;
- Döş qəfəsi açılmadığı üçün əməliyyatdan sonra sağalma müddəti qısa olur;
- Xəstə qısa müddətdə klinikadan evə yazılır;
- Evə yazıldıqdan sonra qısa müddətdə normal həyatına qayıdır.
Xəstəliklə bağlı qeyd edilən hər bir müayinə və əməliyyat ən müasir tibbi texnologiya ilə təchiz olunmuş xəstəxana və öz sahəsinin peşəkarı olan akademik həkim heyəti tərəfindən həyata keçirilməlidir. Məhz Türk Sağlıq Qrupu sizi xəstəliyinizlə bağlı ən müasir tibbi cihazlara və peşəkar həkim heyətinə sahib xəstəxanalara yönləndirəcəkdir. Daha ətraflı məlumat almaq və peşəkar türk həkimlərindən xəstəliyinizlə bağlı pulsuz ikinci tibbi rəy almaq üçün bizə müraciət edin.
