Qalxanabənzər vəz, boyunun ön hissəsində yerləşən və ifraz etdiyi hormonlarla orqanizmin maddələr mübadiləsini tənzimləyən endokrin orqandır. Qalxanabənzər vəzində ifraz olunan hormonlar adətən orqanizmin enerji balansına nəzarət edir və bütün sistemlərin, xüsusən qan dövranı, həzm və sinir sistemlərinin fəaliyyətində mühüm rol oynayır.
Haşimoto xəstəliyi, orqanizmi mikroblardan qoruyan immunitet sisteminin tiroid hüceyrələrini məhv edən immunitet sistemi xəstəliyidir. Haşimoto xəstəliyi otoimmun xəstəliklərdən biridir. Otoimmun xəstəliklərdə bədən öz toxumasını xarici toxuma kimi qəbul edərək onu məhv etmək istəyir və beləcə bədən daxilində onu yox edən antikor adlanan maddələr ifraz edir. Haşimoto xəstəliyində də orqanizm qalxanabənzər vəzini məhv etmək istəyir. Bu xəstələrdə qalxanabənzər vəzi illər keçdikcə kiçilir. Haşimoto xəstəliyi qadınlarda kişilərə nisbətən daha çox rast gəlinir. Xəstəliyin səbəbləri arasında genetik amil əsas rol oynayır. Haşimoto xəstəliyinin diaqnozu tiroid hormon testləri, tiroid vezinin ultrasəs müayinəsi və lazım olduqda sintiqrafiya ilə aparılır.
Zob xəstəliyi tiroid vəzinin iltihablanması və ya normadan artıq böyüməsi nəticəsində funksiyalarını tam olaraq itirməsidir. Dünyada zob xəstəliyinin ən geniş yayılmış səbəbi qidalanmadakı yod çatışmazlığıdır. Zob adətən ağrısızdır və hər hansı bir şikayətlərə səbəb olmur. Lakin ölçüsü çox böyük olarsa, sıxılma, öskürək, nəfəs darlığı və udqunmada çətinlik kimi əlamətlər müşahidə edilə bilər. Quatrın bir neçə çeşitli növləri vardır:
Sadə zob; hormon səviyyəsi normal olan nodülsüz quatr növüdür. Daxilində düyün olan quatr nodüllü quatr adlanır, “tək nodullu” və “çox nodullu” olaraq iki qrupa ayrılır.
Diffuz zob, sadə quatrdan fərqli olaraq, bütün tiroid vəzinə yayılmışdır.
Zəhərli zob, hipertiroidli quatrın bir növüdür. Zəhərli zob, iltihab,maye toplanması və ya Basedow xəstəliyi kimi immun sistemi xəstəliklərində müşahidə edilir.
Zəhərli olmayan zob, adətən aşağı tiroid səviyyəsi ilə əlaqələndirilir
Xəstəliyin müalicəsində müntəzəm müayinə, dərman, radioaktiv yod (atom terapiyası) və ya əməliyyat kimi müxtəlif üsullar tətbiq edilir.
Graves xəstəliyi tiroid vəzinin həddindən artıq hormon ifrazı nəticəsində yaranan bir xəstəlikdir. Bu xəstəlik zamanı hipertiroid halı yaranır.Graves xəstəliyində həddindən artıq tiroid hormonu ifraz edildiyindən, maddələr mübadiləsi sürətlənir, ürək döyüntüləri artır, xəstə heç bir halda kökələ bilmir və s. Xəstəliyin ürək döyüntüsü, yüksək təzyiq, tərləmə, əsəbilik, isti və nəmli dəri, əllərdə titrəmə, saçlarda seyrəlmə, qırılma və tökülmə, ishal, gözlərdə böyümə, parlaq işığaqarşı həssaslıq, yuxusuzluq, menstruasiya pozğunluğu kimi əlamətləri müşahidə olunur. Xəstəliyin aşkarlanmasında qan testləri, tiroid ultrasəsi və tiroid sintiqrafiyası kimi diaqnostik üsullar istifadə edilir.Tətbiq edilə bilən müalicə üsulları bunlardır: Dərman müalicəsi, yod müalicəsi və Tiroid Cərrahiyyəsi
Xəstəliklə bağlı qeyd edilən hər bir müayinə və əməliyyat ən müasir tibbi texnologiya ilə təchiz olunmuş xəstəxana və öz sahəsinin peşəkarı olan akademik həkim heyəti tərəfindən həyata keçirilməlidir. Məhz Türk Sağlıq Qrupu sizi xəstəliyinizlə bağlı ən müasir tibbi cihazlara və peşəkar həkim heyətinə sahib xəstəxanalara yönləndirəcəkdir. Daha ətraflı məlumat almaq və peşəkar türk həkimlərindən xəstəliyinizlə bağlı pulsuz ikinci tibbi rəy almaq üçün bizə müraciət edin.
