Uşaqlıq boynu (Serviks) xərçəngi.

Uşaqlıq boynu (Serviks) xərçəngi, uşaqlıq boynunun anormal inkişafı nəticəsində meydana gələn bədxassəli şişləridir. Serviks xərçənginin yaranıb inkişaf etməsinə təsir göstərən ilk amil HPV -İnsan Papilloma Virusudur. HPV cinsi yolla ötürülən bir virusdur. Xəstəliyin əlamətləri:

  • Anormal vaginal qanaxma (cinsi əlaqədən sonra, aybaşı dövrü istisna olmaqla və klimaksdan sonra)
  • Normal olmayan və qoxulu vaginal axıntı
  • Qarının aşağı nahiyəsində,bel və qasıqda ağrı
  • Cinsi əlaqə zamanı ağrı
  • Cinsiyyət və anus bölgəsində ziyillər

Uşaqlıq boynu xərçənginin ən çox yayılmış 2 növü var: skuamoz hüceyrəli xərçəng və adenokarsinoma. Xəstəliyin diaqnostikasında PAP smear testi, tomoqrafiya, MRT, PET KT, kolposkopiya və biopsiya kimi metodlardan istifadə olunur.Uşaqlıq boynu xərçəngi qonşu orqanlara yayıldığı hallarda sidik kisəsi sistoskopiya vasitəsi ilə, anus və ətrafı isə proktoskopiya ilə müayinə olunur. Uşaqlıq boynu xərçənginin müalicəsi xərçəngin mərhələsinə görə təyin olunur. Adətən ilk olaraq cərrahi müdaxilə tətbiq olunur. Cərrahi müalicədə uşaqlıq və uşaqlıq boynu çıxarılır. Mikroskopik səviyyəli uşaqlıq boynu xərçəngində ətraf orqanlara zərər vermədən yalnız uşaqlıq boynu cərrahi müdaxilə ilə çıxarılır. Hamiləlik planlaşdıran qadınlarda az invaziv müdaxilələr- uşaqlıq boynunun dəyişilmiş sahələrinin sağlam toxumalar sərhəddində kəsilməsi icra olunur. Bu əməliyyatlar açıq və ya qapalı (endoskopik) yolla icra olunur. Şişin uşaqlıq yoluna yayılması zamanı radikal histerektomiya ilə yanaşı uşaqlıq yolunun bir hissəsi, yumurtalıqlar, fallopiya boruları, dəyişilmiş limfa düyünləri, paraservikal toxuma xaric edilir. Uşaqlıq boynu xərçəngi cərrahiyyəsində aşağıdakı kiçik cərrahi üsullardan istifadə olunur:

LEEP (Loop elektrocərrahiyyə proseduru).Uşaqlıq boynu hüceyrə dəyişikliklərinin diaqnoz və müalicəsində istifadə olunan bir vasitədir. Bu üsulda elektrik enerjisinin toxuma üzərindəki kəsici və qanaxma dayandırıcı təsirindən faydalanmaq mümkündür.

Krioterapiya. Hüceyrələrarası mayeni kristallaşdıraraq, uşaqlıq boynu səthi toxumasının zədələnməsi və hüceyrələrin məhvi ilə nəticələnən bir üsuldur.

Konizasiya. Uşaqlıq boynu, hüceyrə dəyişikliklərinin müalicəsində böyük rol oynayan konizasiya üsulu uşaqlıq boynunun konusabənzər amputasiyasından ibarətdir.

Uşaqlıq boynu xərçənginin müalicəsinin cərrahi mərhələsi radioterapiya, kimyaterapiya və yaxud onların kombinasyası ilə müştərək şəkildə aparıla bilər. Kimyaerapiya və radioterapiya şişin ölçülərini kiçiltmək məqsədi ilə əməliyyatdan öncə və ya əməliyyatdan sonra qala bilən şiş hüceyrələrinin məhv edilməsində tətbiq edilir. Uşaqlıq boynu xərçənginin müalicəsində istifadə olunan Brakiterapiya, Cyber Knife kimi ən son texnoloji cihazlar ətraf toxumalara zərər vermədən yalnız xərçəng hüceyrələrini şüalandırır.

Xəstəliklə bağlı qeyd edilən hər bir müayinə və əməliyyat ən müasir tibbi texnologiya ilə təchiz olunmuş xəstəxana və öz sahəsinin peşəkarı olan akademik həkim heyəti tərəfindən həyata keçirilməlidir. Məhz Türk Sağlıq Qrupu sizi xəstəliyinizlə bağlı ən müasir tibbi cihazlara və peşəkar həkim heyətinə sahib xəstəxanalara yönləndirəcəkdir. Daha ətraflı məlumat almaq və peşəkar türk həkimlərindən xəstəliyinizlə bağlı pulsuz ikinci tibbi rəy almaq üçün bizə müraciət edin.