Vaqal Sinir Stimulyatoru (VSS)

Son illərdə inkişaf etdirilən və insanlar arasında "batareya" müalicəsi olaraq bilinən "Vaqal Sinir Stimulyatoru" da funksional cərrahiyyə üsuludur. Batareya müalicəsi, dərman müalicəsi müsbət nəticə verməyən, dərmanların əks təsiri səbəbi ilə kifayət qədər dərman istifadə edə bilməyən, cərrahiyyə şansı olmayan xəstələrdə epileptik tutmaları nəzarətdə saxlamaq üçün istifadə edilən müalicə üsuludur. Bu üsulda, boyunun sol tərəfindəki vaqus siniri vasitəsi ilə beyinə elektrik cərəyanı göndərilir. Vaqal Sinir Stimulyatoru metodunda sol körpücük sümüyünün altına batareya yerləşdirilir və xəstənin əlində lazım olduqda sistemi işə salmaq üçün istifadə edilən maqnit olur. Xəstə epileptik tutmanın baş verəcəyini hiss etdikdə, əlindəki maqnit ilə batareyaya toxunaraq batareyanı işə salır. Batareya işlədikdə beynə gedən xəbərdarlıq siqnalları sayəsində, beyindəki hüceyrələrin fəaliyyətini nəzarət altına alaraq epileptik tutmanın qarşısını almış olur.

Batareya əməliyyatxana şəraitində xəstəyə yerləşdirilir. Xəstə 1 gün xəstəxana şəraitində qaldıqdan sonra müəyyən zaman aralıqları ilə batareyanın iş gücü yoxlanılaraq tənzimlənir. Xəstəliyin şiddətinə görə tənzimlənən cihaz, hər 6 ayda bir dəfə yerləşdirildiyi yerdən çıxarılmadan dəri üzərindən yüklənir. Uyğun xəstələrdə həyata keçirdiyimiz epilepsiya batareyası əməliyyatından sonra xəstələrin 90 faizi epileptik tutmalardan xilas olur. Digər 5-10 faiz xəstələrin epileptik tutmalarında yarıya qədər azalma müşahidə edilir.

Xəstəliklə bağlı qeyd edilən hər bir müayinə və əməliyyat ən müasir tibbi texnologiya ilə təchiz olunmuş xəstəxana və öz sahəsinin peşəkarı olan akademik həkim heyəti tərəfindən həyata keçirilməlidir. Məhz Türk Sağlıq Qrupu sizi xəstəliyinizlə bağlı ən müasir tibbi cihazlara və peşəkar həkim heyətinə sahib xəstəxanalara yönləndirəcəkdir. Daha ətraflı məlumat almaq və peşəkar türk həkimlərindən xəstəliyinizlə bağlı pulsuz ikinci tibbi rəy almaq üçün bizə müraciət edin.