Hipertermiya, (istilik terapiyası və ya termoterapiya) bədən toxumasının yüksək temperatura (39 - 44°C arası) məruz qalması ilə tətbiq olunan xərçəng müalicə üsuludur. Tədqiqatlar göstərir ki,yüksək temperatur normal toxumalara daha az zərər verməklə xərçəng hüceyrələrini zədələyərək məhv edir.Hipertermiya xərçəng hüceyrələrini məhv edərək,hüceyrələrdəki zülallara və quruluşuna zərər verməklə şişin ölçüsünü nəzərəçarpacaq dərəcədə kiçildir.
Hipertermiya əksər hallarda radioterapiya və kimyaterapiya kimi digər xərçəng müalicə metodları ilə birlikdə tətbiq edilir.Hipertermiya,bəzi xərçəng hüceyrələrinin radiasiya şüalarına qarşı həssaslığını daha da artıraraq radiasiyanın zərər verə bilmədiyi xərçəng hüceyrələrini məhv edir.Hipertermiya və radioterapiya kompleks halda istifadə edilərsə, hipertermiya radioterapiya prosedurundan təxminən 1 - 2 saat əvvəl tətbiq olunur. Hipertermiya bəzi xərçəng dərmanlarının təsirini daha da artırır.
Xəstəliklə bağlı qeyd edilən hər bir müayinə və əməliyyat ən müasir tibbi texnologiya ilə təchiz olunmuş xəstəxana və öz sahəsinin peşəkarı olan akademik həkim heyəti tərəfindən həyata keçirilməlidir. Məhz Türk Sağlıq Qrupu sizi xəstəliyinizlə bağlı ən müasir tibbi cihazlara və peşəkar həkim heyətinə sahib xəstəxanalara yönləndirəcəkdir. Daha ətraflı məlumat almaq və peşəkar türk həkimlərindən xəstəliyinizlə bağlı pulsuz ikinci tibbi rəy almaq üçün bizə müraciət edin.
