Yumurtalıq xərçəngi,hormon sintez edən qadın cinsiyyət vəzilərinin – yumurtalıqların birincili, ikincili və ya metastatik xarakterli şiş xəstəliyidir. Yumurtalıq xərçəngi,digər çanaq orqanalarına, limfa düyünlərinə, qarın boşluğu səthinə və ya qan dövranı vasitəsi ilə bağırsaqlar, sidik kisəsi, uşaqlıq, ağciyər və qaraciyərə metastaz verə bilər. Xəstəliyin əlamətləri:
- Bağırsaq vərdişlərində dəyişikliklər, xüsusilə qəbizlik müşahidə edilməsi
- Tez-tez idrara çıxma
- İştahsızlıq və ya toxluq hissi
- Vaginal qanaxma
- Çəki itirmək
- Qarında şişkinlik
- Qasıqda ağrı
- Uzun müddət davam edən həzm problemi, qaz və ya ürək bulanma
Yumurtalıq xərçənginin diaqnostikasında ultrasəs müayinəsi, tomoqrafiya, PET KT, biopsiya və xüsusilə Ca 125 adlanan protein səviyyəsinin ölçülməsi kimi metodlardan istifadə olunur. Yumurtalıq xərçənginin müalicəsində ilk olraq cərrahi müdaxiləyə müraciət edilir. Xəstəlik erkən mərhələdə aşkar edilibsə, bir yumurtalıq və alınan yumurtalığın fallopiya borusunu çıxarmaq əməliyyatı icra oluna bilər. Hər iki yumurtalıqda xərçəng varsa, lakin bədənin başqa bir yerində xərçəng əlamətləri aşkarlanmayıbsa fallopiya boruları iki yumurtalıqla birlikdə çıxarılır. Bu əməliyyat uşaqlığa heç bir zərər vermədiyindən, əməliyyat olunan qadının hamilə qalmasında heç bir porblem yaşanmır. Xərçəng hüceyrələri yumurtalıq və uşaqlıq daxilinə yayılıbsa, yumurtalıqlar, fallopiya boruları, uşaqlıq, zədələnmiş limfa düyünləri və qarında yerləşən yağlı qarın toxuması da təmizlənir. Yumurtalıq xərçənginin müalicəsində şişin çıxarılması həyati orqanlara zərər vermə riski daşıyırsa, əvvəlcə kimyaterapiya ilə şişin həcmi kiçildilir. Yumurtalıq xərçəngi əməliyyatından sonra, xərçəng digər orqanlara yayılmayıbsa, kimyaterapiyaya ehtiyac olmaya bilər. Yumurtalıq xərçənginindigər orqanlara metastaz verdiyi hallarda isə kimyaterapiya və ya radioterapiya tətbiq edilməlidir.
Yumurtalıq xərçəngi müalicəsində DNT bərpasını bloklayan PARP inhibitorlarından istifadə olunur. Həb şəklində olan bu kiçik molekul dərmanlar, DNT zədəsini bərpa edən PARP fermentinin funksiyasını bloklayır.
Yumurtalıq xərçəngi müalicəsində qarın boşluğu isti kimyaterapiya-HİPEC və Hipertermiya kimi qeyri-cərrahi metodlar tətbiq edilir. HIPEC, əməliyyat zamanı xüsusi aparat vasitəsilə qarın bölgəsinə isti (42°C) kimyəvi terapiyanın tətbiq edilməsidir. İstilik terapiyası və ya termoterapiya olaraq bilinən Hipertermiya metastatik xərçənglərdə kimyaterapiya ilə tətbiq edildikdə kimyaterapiya daha effektiv nəticə verir. Bütün bədən hipertermiyasında, xüsusi hazırlanmış infraqırmızı-A işığı yayan lampalar vasitəsilə süni istilik (39 - 40°C) yaradılır. Hipertermiya, xərçəng hüceyrələrindəki zülallara və hüceyrə quruluşlarına zərər verməklə onları məhv edir.
Xəstəliklə bağlı qeyd edilən hər bir müayinə və əməliyyat ən müasir tibbi texnologiya ilə təchiz olunmuş xəstəxana və öz sahəsinin peşəkarı olan akademik həkim heyəti tərəfindən həyata keçirilməlidir. Məhz Türk Sağlıq Qrupu sizi xəstəliyinizlə bağlı ən müasir tibbi cihazlara və peşəkar həkim heyətinə sahib xəstəxanalara yönləndirəcəkdir. Daha ətraflı məlumat almaq və peşəkar türk həkimlərindən xəstəliyinizlə bağlı pulsuz ikinci tibbi rəy almaq üçün bizə müraciət edin.
