Beyin anevrizmaları

Beyində arterial damar divarının zəifləməsi nəticəsində damarlarda meydana gələn qabarcıqlar beyin anevrizması adlanır. Bu qabarcıqlar damar divarlarının nazilməsi və zəifləməsinə səbəb olur. Damarın nazildiyi yerdən yırtılması nəticəsində beyin qanaması baş verir. Qanamanın şiddətindən asılı olaraq beyin zədələnməsi baş verə bilər və ya bu qanaxma ölümlə nəticələnə bilər. Anevrizmalar anadangəlmə damar inkişafının pozulması nəticəsində və ya yüksək təzyiq, ateroskleroz, damar iltihabı və ya beyin travmasından sonra da yarana bilər.

Əlamətlər:

  • Qəfildən başlayan şiddətli baş ağrısı
  • Ürəkbulanma və qusma
  • Boyun tutulması
  • Bulanıq və ya iki görmə
  • Günəş işığı və ya digər işıqlara qarşı həssaslıq
  • Göz qapağı sallanması

Anevrizmalarının diaqnostikasında beyin angioqrafiyası KT və MRT istifadə olunur. Anevrizma diaqnozu qoyulmuş xəstələr üçün 3 vacib müalicə seçimi var:

- Daimi həkim nəzarəti
- Cərrahi müalicə və anevrizmanın bağlanması (kliplənməsi)
- Damardaxili (endovaskulyar) müalicə ilə stendləmə

Endovaskulyar anevrizma cərrahiyyəsi: Prosedur ümumi anesteziya altında icra olunur. Bu prosedurun digər bir adı qapalı, yəni damar yolu əməliyyatıdır. Qasıqdakı arteriyadan iynə ilə girilərək beyin damarlarına qədər irəliləyib müalicə edilməli olan bölgəyə "stend" yerləşdirilir.

Tibbdə ən son texnoloji yeniliklərdən olan Gamma Knife, beyin anevrizmalarının müalicəsində uğurla tətbiq edilir.

Xəstəliklə bağlı qeyd edilən hər bir müayinə və əməliyyat ən müasir tibbi texnologiya ilə təchiz olunmuş xəstəxana və öz sahəsinin peşəkarı olan akademik həkim heyəti tərəfindən həyata keçirilməlidir. Məhz Türk Sağlıq Qrupu sizi xəstəliyinizlə bağlı ən müasir tibbi cihazlara və peşəkar həkim heyətinə sahib xəstəxanalara yönləndirəcəkdir. Daha ətraflı məlumat almaq və peşəkar türk həkimlərindən xəstəliyinizlə bağlı pulsuz ikinci tibbi rəy almaq üçün bizə müraciət edin.