Hipofiz vəzi şişləri (Hipofiz Adenomaları)

Beyində yer alan hipofiz vəzi,orqanizmdə ifrazat vəzilərinin fəaliyyətinə nəzarət edir. Hipofiz vəzində müxtəlif hormonlar ifraz edən proqramlaşdırılmış hüceyrələr mövcuddur. Şiş, hüceyrənin genetik pozulmaya məruz qalaraq nəzarətsiz halda çoxalması nəticəsində yaranır. Hansı hormon hüceyrəsi təsirə məruz qalırsa, şişin əlamətləri həmin hormonun funskiyalarından asılı olaraq özünü biruzə verir. Xəstəliyin əlamətləri:

  • Baş ağrısı, halsızlıq
  • İki görmə, göz qapaqlarında sallanma
  • Görmə sahəsindəki pozulmalar, görmə qabiliyyətinin azalması
  • Üzün genişlənməsi, gözlərdə şişlik
  • Əllərdə və ayaqlarda böyümə
  • Üz şəklində dəyişikliklər: çənə, dil və üz sümüklərində böyümə
  • Çəkidə dəyişikliklər: kökəlmək və ya arıqlamaq
  • Qusma və ya daimi ürəkbulanma
  • Qadınlarda aybaşı pozulmaları.
  • Kişilərdə hormon dəyişikliyi səbəbindən cinsi zəiflik problemləri

Hipofiz vəzi şişlərinin müalicəsində cərrahiyyə, dərman və radioterapiya, yəni Gamma Knife kimi üsullar tətbiq edilir. Hipofiz şişlərinin əksəriyyəti xoşxassəlidir lakin şişin ölçüsü böyüdükcə sinir və damarlara təzyiq yaradaraq ciddi problemlər yarada bilər. Dərman müalicəsi vasitəsi ilə prolaktin və ya böyümə hormonu ifraz edən hipofiz şişlərinin ölçüsünü kiçiltmək və ya şişin inkişafının qarşısını almaq mümkündür. Hipofiz vəzlərinin cərrahiyyəsində 2 üsul tətbiq edilir:

  1. Burun boşluğundan girilərək həyata keçirilən endoskopik Transsfenoidal cərrahiyyə üsulu.Bu prosedur zamanı burun boşluğundan girilərək əməliyyat həyata keçirilir və prosedurdan sonra xaricdən heç bir əməliyyat izi müşahidə olunmur. Əməliyyat mikroskopik və ya endoskopik olaraq icra olunur.
  2. Digər üsul Transkranial, yəni kəllə sümüyünün açılması ilə tətbiq edilən cərrahiyyə. Transkranial cərrahiyyə, kəllə sümüyünün açılaraq mikroskop vasitəsi ilə şişin çıxarılmasıdır.

Əməliyyatdan sonra çıxarılan şişdən hər hansı bir hissəciklər qalarsa radioterapiya-Gamma Knife tətbiq edilə bilər. Gamma Knife şüaları ilə şişin inkişafını dayandırmaq və ya şişin ölçülərini kiçiltmək mümkündür. Gamma Knife ilə müalicə olunan hipofiz adenoması xəstələrinin 80-90% -də şişin böyüməsi nəzarət altına alınır. Gamma Knife şüaları, sağlam toxumalara zərər vermədən yüksək həssaslıqla şiş olan bölgəni müalicə edir.

Xəstəliklə bağlı qeyd edilən hər bir müayinə və əməliyyat ən müasir tibbi texnologiya ilə təchiz olunmuş xəstəxana və öz sahəsinin peşəkarı olan akademik həkim heyəti tərəfindən həyata keçirilməlidir. Məhz Türk Sağlıq Qrupu sizi xəstəliyinizlə bağlı ən müasir tibbi cihazlara və peşəkar həkim heyətinə sahib xəstəxanalara yönləndirəcəkdir. Daha ətraflı məlumat almaq və peşəkar türk həkimlərindən xəstəliyinizlə bağlı pulsuz ikinci tibbi rəy almaq üçün bizə müraciət edin.