CYBER KNİFE

Cyber Knife xoş və bəd xassəli şişlərə yüksək dozalı radiasiyanın millimetr dəqiqliyi ilə müxtəlif bucaqlardan tətbiqini təmin edən müalicə sistemidir.

Müalicə hər hansı bir kəsik və ya anesteziya olmadan tam olaraq ağrısız və qansız şəkildə tətbiq edilir.Bu üsul ilə şiş toxumasına mümkün qədər çox radiasiya verildiyi halda xərçəng olmayan ətraf toxumalara dəyən zərər minimuma endirilir.Bu texnologiya ilə müalicə olunan xəstələr gündəlik həyatlarını asanlıqla və çox rahat şəkildə davam etdirə bilərlər.

Cyber Knife müalicəsində xəstəyə ilk öncə plastik maska taxılır və 6 istiqamətdə hərəkət edə bilən robot idarəli bir yatağa uzadılır. Kompüter tomoqrafiyasında görülən şişin işarələnməsindən sonra təxminən bir saat davam edən seansda robot şişi cərrah dəqiqliyi ilə şüalandıraraq müalicə edir.

Cyber Knife xərçəng müalicəsində istifadə olunan digər metodlardan fərqli xüsusiyyətlərə malikdir.Cyber Knife cihazının robotik başlığı xəstənin üzərində hərəkət edərək şişin yerini dəqiqliklə təyin edir və təyin etdiyi şişləri hədəf alaraq onların hərəkətliliyini təqib edir.
Cyber Knife sayəsində,bağırsaq hərəkətləri və ya tənəffüs yolu ilə şişin yerinin dəyişməsi hallarında,cihaz hədəf nöqtəsini dəyişdirir və müalicənin uğurla davam etməsini təmin edir.Ağciyər və qaraciyər şişlərində görülən bu hərəkətlilik Cyber Knife tərəfindən asanlıqla aşkar edilir.

Cyber Knife aşağıdakı xəstəliklərin müalicəsində istifadə olunur:ck

  • Beyin şişləri
  • Baş-boyun şişləri
  • Arteriovenoz malformasiya
  • Dural arteriovenoz
  • Onurğa şişləri
  • Okulyar / Orbital Şişlər
  • Ağciyər xərçəngi
  • Prostat xərçəngi
  • Pankreas xərçəngi
  • Böyrək xərçəngi
  • Beyin və Sümük metastazları
  • Trigeminal Nevralgiya
  • Esansiyel Tremor
  • Parkinson xəstəliyi