Braxiterapiya xərçəng xəstəliklərinin müalicəsində sağlam toxumaları qoruyan və yalnız şiş bölgəsini şüalandıran radioterapiya müalicə üsuludur.
Braxiterapiyada;Radiasiya mənbələri müalicəsi hədəflənən bölgənin çox yaxınına və ya bəzən birbaşa şişin daxilinə yerləşdirilir.Xərçəngin yeri və xüsusiyyətlərindən asılı olaraq radioaktiv mənbələr daimi və ya müvəqqəti olaraq yerləşdirilə bilər.Braxterapiya serviks,prostat,ağciyər,süd vəzi,dəri,dil kökü,ağız,dodaq,yuxarı udlaq,yemək borusu və rektum şişləri və digər xərçəng xəstəliklərinin müalicəsində istifadə olunur.
Braxiterapiyanın iki tətbiqetmə üsulu var:
- Boşluqlara tətbiq olunan braxiterapiya (İntrasaviter):Bu tətbiq üsulunda radioaktiv mənbə şişin yaxınlığındakı anatomik boşluqlara yerləşdirilir.Bu üsul əsasən qadın xəstəlikləri xərçənglərində (uşaqlıq, serviks) və ağciyər xərçəngində istifadə olunur.
- Toxumalara tətbiq olunan İnterstisial Braxiterapiya:Bu tətbiq üsulunda radioaktiv mənbələr birbaşa toxumaların daxilinə yerləşdirilir.Bu üsul prostat,süd vəzi və yumşaq toxuma xərçənglərində tətbiq olunur

Müalicə adətən 5-20 dəqiqə davam edir və prosedurdan sonra xəstə normal sosial həyatına davam edir.
