Böyrək xərçəngi

Böyrək xərçəngi (renal hüceyrəli xərçəng,adenokarsinoma) böyrək daxilində qanı süzən və sidik əmələ gətirən toxumalardan qaynaqlanır. Böyrək xərçəngləri xoş xassəli və bəd xassəli olmaqla iki qrupa ayrılır. Böyrəkdə ən çox rast gəlinən şiş adi böyrək kistləridir. Böyrək kisti xoş xassəli kütlə olub xərçəngdən tamamilə fərqlidir. Böyrək xərçənginin əlamətləri:

  • Sidik qanaması
  • Qarında ələ gələn sərt kütlə
  • Böyrəkdə uzun müddət davam edən və geçməyən ağrı
  • İştahsızlıq, arıqlamaq, qan azlığı (anemiya) və s.

Böyrək xərçəngi nadir hallarda erkən mərhələdə xəstəlik əlamətlərini bəlli edir. Böyrək xərçəngi diaqnozunun qoylmasında istifadə edilən testlər və prosedurlar:

  • Qan və sidik testləri.
  • Görüntüləmə müayinələri - Ultrasəs, Kompüter tomoqrafiya sı (KT), Maqnetik rezonans görüntüləmə (MRT), Pozitron emissiya tomoqrafiyası PET CT
  • Böyrək toxumasından nümunə götürülmesi (biopsiya)

Böyrək şişinin müalicəsi xəstənin yaşı, sağlamlığın ümumi vəziyyəti və xərçəng dərəcəsinə görə tənzimlənir. Əməliyyat yolu ilə böyrəyin çıxarılması nefrektomiya adlanır və böyrək xərçəngində standart müalicə metodlarından biridir. Şişin ölçüsü və yerindən asılı olaraq böyrəyin tamamilə (ümumi) və ya yalnız böyrəkdəki şişin (qismən) çıxarılıb çıxarılmayacağı qərara alınır. Böyrəyin tamamilə çıxarılması hallarında, yalnız laparoskopik üsuldan, qismən çıxarılmasında isə robotik cərrrahiyyə sistemindən istifadə edilir.

Nefrektomiya zamanı xərçəngli böyrək tamamilə çıxarılır. Bəzən sağlam toxumaların bir hissəsi və ya bəzi hallarda limfa düyünləri,böyrək üstü vəzlər və digər yaxın toxumalar çıxarılır.

Şişin böyrəkdən çıxarılması yəni Parsiyel Nefrektomiya əməliyyatı zamanı cərrah böyrəyin tamamını deyil böyrəkdəki şiş və ətrafındakı az miqdarda sağlam toxumaları çıxarır. Bu əməliyyat açıq,laparoskopik və ya robotik cərrahiyyə üsulu ilə həyata keçirilə bilər.

Böyrək xərçəngi əməliyyatlarında daha çox Robotik Cərrahiyyə üsuluna müraciət edilir.Robotik cərrahiyyə üsulu sayəsində toxumalar böyüdülərək daha ətraflı görüntülənir və beləliklə daha ətraflı toxuma ayrılması təmin edilir. Robotik cərrahiyyənin bu üstünlükləri sayəsində böyrək şişini qidalandıran xüsusi qan damarları aşkar edilərək bağlanılır. Qeyd edilən cərrahiyyə Da Vinci Robotik Cərrahiyyə üsulu ilə icra olunur.

Əməliyyatı qəbul etməyən və ya tibbi olaraq əməliyyatın mümkün olmadığı xəstələrdə radiocərrahiyyə əhəmiyyətli müalicə seçimlərindən biri ola bilər. Cyber Knife 1-5 seansda yüksək dozada radiasiya verərək kiçik böyrək şişləri üçün effektiv müalicə üsulu ola bilər. Cyber Knife proseduru zamanı yalnız şiş hədəf alınaraq maksimum dərəcədə şüalandırılır və ətraf toxumalar daha az zərər görür.

Kiçik şişlərin əməliyyatsız müalicəsində istifadə olunan alternativ üsullar vardır ki bunlar aşağıdakılardır:

Krioablasiya-Xərçəng hüceyrələrinin dondurulması: Bu prosedur zamanı cildə içi boş xüsusi bir iynə yerləşdirilir və ultrason və ya digər görüntülənmə yolları vasitəsi ilə böyrəkdə olan şişə yeridilir. İynə daxilindəki soyuq hava xərçəng hüceyrələrinin soyudulması və dondurulması məqsədi ilə istifadə edilir.

Radiofrekans Ablasiya-Xərçəng hüceyrələrinin isidilməsi. Bu prosedurda ultrasəs və ya digər görüntülənmə üsulları ilə xüsusi bir zond dəridən daxil edilərək böyrəkdə olan şişin daxilinə yeridilir. İynədən elektrik cərəyanı keçərək xərçəng hüceyrələrinə müdaxilə olunur və beləliklə xərçəng hüceyrələrinin isidilməsi və ya yandırılması təmin edilir.

Xəstəliklə bağlı qeyd edilən hər bir müayinə və əməliyyat ən müasir tibbi texnologiya ilə təchiz olunmuş xəstəxana və öz sahəsinin peşəkarı olan akademik həkim heyəti tərəfindən həyata keçirilməlidir. Məhz Türk Sağlıq Qrupu sizi xəstəliyinizlə bağlı ən müasir tibbi cihazlara və peşəkar həkim heyətinə sahib xəstəxanalara yönləndirəcəkdir. Daha ətraflı məlumat almaq və peşəkar türk həkimlərindən xəstəliyinizlə bağlı pulsuz ikinci tibbi rəy almaq üçün bizə müraciət edin.