Beyin şişləri beyində hər hansı bir kütlənin və ya anormal hüceyrələrin böyüməsi nəticəsində yaranır. Xəstəliyin əlamətləri beyin şişinin tipi və yerləşməsindən asılı olaraq müxtəlifdir. Baş ağrısı, hərəkət və üz ifadələrində yavaşlama, ürək bulanması / qusma, danışma, görmə və ya eşitmədə dəyişikliklər, ayaqlarda və qollarda uyuşma hissi beyin şişinin əlamətləri sayılır. Beyin şişləri birincili və ikincili olmaqla iki qrupa ayrılır. Birincili beyin şişləri beyin toxumasında öz hüceyrələrindən əmələ gələrək xoş xassəli (benign) və ya bədxassəli (malign) ola bilər. İkincili beyin şişləri (və ya metastatik) bədənin başqa bir yerində olan xərçəng hüceyrələrinin beyinə sıçraması ilə yaranır.
Xoş xassəli beyin şişləri beyin toxumasından asanlıqla ayrılabilmə xüsusiyyətinə malikdir. Beləliklə,xoş xassəli şişlər əməliyyat edilərək tamamilə və ya qismən çıxarıla bilər. Xoş xassəli şişlər ətrafındakı sağlam toxumalara və bədənin digər oraqnlarına yayılmır.Həmçinin əməliyyatla alınan bu şişlərin yenidən yaranmasına nadir hallarda rast gəlinir.
Bəd xassəli beyin şişləri xərçəng hüceyrələrindən yaranır. Bu xoş xassəli şişlərlə müqayisədə sürətlə böyüyür və ətrafdakı sağlam toxumaları zədələyir. Bədxassəli beyin şişlərində şiş yaranan toxuma beyin funksiyalarını yerinə yetirən toxumalardır və cərrahi yolla çıxarılan hər bir toxumabu və ya digər həyati funksiyaların yox olmasına səbəb ola bilər. Buna görə onları əməliyyatla tamamilə çıxarmaq çox çətindir.
Cərrahi müdaxilə,radioterapiya və kimyaterapiya beyin şişlərinin müalicəsində istifadə olunan əsas üsullardır. Qeyd edilən hər üç müalicə üsulu həm ayrı-ayrılıqda,həm də birlikdə tətbiq oluna bilər. Beyin şişlərində müraciət edilən ən effektiv müalicə üsulu şişin cərrahi yolla çıxarılmasıdır. Müasir dövrdə ən son texnoloji neyrocərrahiyyə avadanlıqları ilə beyin şişlərinin əməliyyatı daha təhlükəsiz və daha effektivdir.
Neyronaviqasiya cihazı, şişin yerinin təyin edilməsini və şişin daha tez və daha az zərərlə əməliyyat edilməsinə imkan yaratmış olur. Neyronaviqasiya cihazı ilə əməliyyat zamanı sağlam toxumada meydana gələ biləcək zərər minimuma endirilir.
Bu üsulda beyin şişi əməliyyatından sonra meydana gələ biləcək üz, qol və ayaq iflici kimi fəsadları əhəmiyyətli dərəcədə azaltmaq məqsədi ilə neyromanitorizasiya tətbiq edilir. Beyin əməliyyatı başlamazdan əvvəl, nevroloji mütəxəssis tərəfindən xəstənin üzünə, qoluna və ayağına yerləşdirilən elektrodlardan əməliyyat boyunca siqnallar alınır. Siqnalda hər hansı bir dəyişiklik olduqda, cərraha məlumat verilir və həssas bölgədə olduğu barədə bir xəbərdarlıq edilir. Beləliklə, beyin şişi əməliyyatından sonra meydana gələ biləcək üz,qol və ayaq iflici riski maksimum dərəcədə azalır.
Beyin şişi əməliyyatı zamanı beyin ultrasəsi aparılır və çıxarılan şişin miqdarı hesablanır. İntraoperativ Ultrasonoqrafiya, xüsusilə beyin toxumasından ayrılması çətin olan şişlərdə əməliyyat sonrası qalıq qalma riskini azaldır.
Əməliyyatdan əvvəl xəstə xüsusi maye qəbul edir. Əməliyyatda cərrahiyyə mikroskopunun xüsusi filtrində normal beyin toxuması və şiş toxuması fərqli rənglərdə görülür. Bu üsulla normal beyin toxumalarının zədələnməsi minimuma endirilərək əməliyyat sonrası xəstədə yarana biləcək fəsadlarəhəmiyyətli dərəcədə azaldılır.
Nitq mərkəzi, "motor sahə" adlanan qol, ayaq hərəkətlərindən məsul olan həssas sahələrincərrahiyyəsində, xəstə oyaq saxlanılmaqla əməliyyat icra olunur. Bu şəkildə xəstənin nitq və qol-ayaq hərəkətlərinə anbaan (yerindəcə) nəzarət edilir.
Xəstəliklə bağlı qeyd edilən hər bir müayinə və əməliyyat ən müasir tibbi texnologiya ilə təchiz olunmuş xəstəxana və öz sahəsinin peşəkarı olan akademik həkim heyəti tərəfindən həyata keçirilməlidir. Məhz Türk Sağlıq Qrupu sizi xəstəliyinizlə bağlı ən müasir tibbi cihazlara və peşəkar həkim heyətinə sahib xəstəxanalara yönləndirəcəkdir. Daha ətraflı məlumat almaq və peşəkar türk həkimlərindən xəstəliyinizlə bağlı pulsuz ikinci tibbi rəy almaq üçün bizə müraciət edin.
