Prostat xərçəngi

Kişilərdə ən çox rast gəlinən xərçəng növlərindən biri prostat xərçəngidir.Prosta çanağın dibində,sidik kisəsinin altında və düz bağırsağın önündə yerləşir.Kişilər yaşlandıqca prostat vəzi də böyüyür.Bu böyümə xoşxassəli prostatik hiperplaziya (prostat vəzinin xoşxassəli böyüməsi) adlanır.Prostat böyüməsi,sidik kisəsi və ya uretranı əngəlləyərək sidik axınının qarşısını ala bilər.Kişilərdə tez-tez,ağrılı,qanlı idrar və ya sperma problemləri,beldə ağrı və tutulmalar müşahidə edilə bilər.Bu əlamətlər prostatın xoşxassəli böyüməsinin və ya xərçəng xəstəliyinin əlamətləri ola bilər.Prostat xərçəngi prostat vəzindəki hüceyrələrin nəzarətsiz şəkildə böyüməsi nəticəsində yaranır.Prostat xərçənginin əlamətləri:

  • Sidik ifrazında çətinlik
  • Zəif sidik axını
  • Spermada və ya sidikdə qan
  • Boşalma zamanı ağrı
  • Sidik ifrazı zamanı ağrı və ya yanma
  • Qasıq nahiyəsində narahatlıq
  • Sümük ağrısı
  • Erektil disfunksiya

Prostat xərçəngi bədənin digər hissələrinə və orqanlarına yayılıbsa,o bölgəyə aid əlamətlər müşahidə edilə bilər.Məsələn;Sümüyə yayılıbsa sümük ağrıları və s.Prostat yalnız kişilərdə olan bir vəz olduğu üçün yalnız kişilərdə prostat xərçəngi müşahidə edilir.Prostat xərçənginin diaqnozunda PSA qan testləri,fiziki müayinə,transrektal ultrasəs,Multiparametrik MRT,prostat biopsiyası,MRT-Füzyon prostat biopsiyası kimi üsullardan istifadə olunur.

Son illərdə Prostat xərçənginin diaqnoz və müalicəsində yeni irəliləyiş olaraq GA-68 PSMA ilə edilən PET/KT prosedurudur.PSMA və ya Prostat Spesifik Membran Antigeni,prostat şiş hüceyrələrinin 95% -nin səthində yerləşən reseptorlara bağlanma özəlliyinə sahib olan bir molekuldur.Bu molekulu GA-68 adlandırdığımız radioaktiv maddə ilə bağladığımız zaman,görüntüləmə üçün olduqca uyğun radiofarmasevtik hal yaranır.GA-68 ilə işarələnmiş PSMA,çox aşağı PSA səthlərində belə metastazların aşkarlanmasına şərait yaradır.GA-68 PSMA prostat xərçənginin diaqnozunda,xəstəliyin dərəcələndirilməsində,müalicə planlaşdırılmasında uğurla istifadə edilir.

Prostat xərçənginin müalicə üsulları:

Nanoknife:Nanoknife metodu,kiçik həcmli aşağı riskli prostat xərçənglərinin müalicəsində istifadə edilir.Bəzi qaraciyər və mədəaltı vəzi şişlərində də istifadə olunan bu üsul,prostat xərçənginin müalicəsində də etibarlı şəkildə tətbiq olunur.Nanoknife metodunda,3-4 ədəd xüsusi elektord ultrasəs köməyi ilə prostatda aşkar edilən şişin ətrafına yerləşdirilir və bu elektrodlara çox yüksək dozada (məsələn,3000 volt-50 amper) qısamüddətli elektrik cərəyanı verilir.Bu bölgədə elektromaqnit sahə yaranır və hüceyrə divarının keçiriciliyi daimi olaraq artır.Bu şəkildə şiş hüceyrələri canlılığını itirir.Nanoknife ™ / IRE fokal ablasiya terapiyası,ənənəvi prostat xərçəngi müalicəsindən fərqli olaraq,bütün orqanı yəni bütün prostat vəzini çıxarmaq və ya şüalandırmır,yalnız birbaşa xərçəng toxumasına yönəldilir.Nanoknife yalnız qeyd olunmuş sahəyə elektrik verərək xərçəng hüceyrələrinin quruluşunu pozaraq onların disfunksiyasına səbəb olur.Bu prosedur zamanı və sonra sidik qaçırma və erektil disfunksiya kimi yan təsirlərin heç biri müşahidə edilmir.Müalicə tamamilə qapalı üsulla heç bir kəsik açmadan aparılır.

Prostat xərçəngində Cərrahi Müalicə - Radikal Prostatektomiya

Radikal Prostatektomiya metastaz verməyən prostat xərçənginin müalicəsində cərrahi olaraq prostatın çıxarılmasıdır.Bu əməliyyat radikal prostatektomiya əməliyyatı adlanır.Prostat xərçəngi əməliyyatlarında istifadə olunan Da Vinci Robotik cərrahiyyə sistemi ən son yüksək texnoloji cərrahi müdaxilə üsuludur.

Radioterapiya:Radioterapiya müalicə metodunda xərçəng hüceyrələrini məhv etmək məqsədi ilə yüksək enerjili şüalardan (məsələn, X-ray) istifadə edilir.

Kimya-Hormon Terapiyası:Prostat xərçənginin inkişaf etmiş mərhələlərində xəstəlik yalnız prostatda olmaqla məhdudlaşmır,qonşu toxumalara və uzaq orqanlara da yayılmış olur.Xəstəliyin bu mərhələsində hər hansı bir cərrahi müdaxilələr nəticə vermədiyindən dərman müalicəsinə üstünlük verilir.

Lutesium (Lu-177-PSMA) müalicəsi:Metastatik və hormona davamlı prostat xərçənginin müalicəsində son illər yeni müalicə metodu olan Lu-177-PSMA (Lutesium) istifadə edilməkdədir.Bu müalicə üsulu bədəndəki prostat xərçəng hüceyrələrini daxildən şüalandıraraq onları məhv edir.Beləliklə,şiş hüceyrələrinə birbaşa təsir edərək ətrafdakı sağlam toxumaların şüaya məruz qalması minimuma endirilir.Normal toxumalara dəyən zərər çox aşağı səviyyədədir.Lutesium 177 PSMA müalicəsi adətən 6-8 həftə fasilə ilə 3 və ya 4 seans tətbiq olunur.

RADİUM 223 (XOFIGO) MÜALİCƏSİ:Prostat xərçəngi bir çox hallarda sümüyə metastaz verir.Radium 223 (Xofigo) sümük metastazı olan xəstələrin müalicəsində istifadə edilən yeni bir müalicə metodudur.İntravenöz olaraq tətbiq olunan dərman sümük metastazlarının mərkəzində sabit saxlanılır və alfa şüası vasitəsi ilə təsir göstərir.Radium 223 (Xofigo) hormonal müalicəyə davamlı və digər müalicələrin fayda vermədiyi sümük metastazı olan xəstələrin ömrünüuzadır.Bu müalicə üsulunun tətbiqi ilə xəstələrin sümük ağrılarının və PSA qan səviyyəsinin əhəmiyyətli dərəcədə azalması,gündəlik həyat fəaliyyətlərinin yaxşılaşması kimi hallar müşahidə edilir. Xəstəxanada qalmağa ehtiyac yoxdur.Müalicə adətən bir ay fasilə ilə 6 dəfə seanslar şəklində tətbiq edilir.

Xəstəliklə bağlı qeyd edilən hər bir müayinə və əməliyyat ən müasir tibbi texnologiya ilə təchiz olunmuş xəstəxana və öz sahəsinin peşəkarı olan akademik həkim heyəti tərəfindən həyata keçirilməlidir. Məhz Türk Sağlıq Qrupu sizi xəstəliyinizlə bağlı ən müasir tibbi cihazlara və peşəkar həkim heyətinə sahib xəstəxanalara yönləndirəcəkdir. Daha ətraflı məlumat almaq və peşəkar türk həkimlərindən xəstəliyinizlə bağlı pulsuz ikinci tibbi rəy almaq üçün bizə müraciət edin.