Tiroid yəni qalxanabənzər vəzi xərçəngi,tiroid vəzindəki hüceyrələrin xərçəngə çevrilməsi nəticəsində meydana gəlir. Bir çox xərçəng xəstəlikləri kimi, tiroid xərçənginində əsl səbəbi tam olaraq məlum deyil. Bir sıra tədqiqatlar nəticəsində radioaktiv maddələrə məruz qalan bəzi insanlarda tiroid xərçənginə yoluxma halları aşkar edilmişdir. Bundan başqa, genetik amillər də tiroid xərçənginin yaranmasına səbəb olur.Xəstəliyin ümumi əlamətləri:
- Boyunda şişkinlik
- Boyunun ön hissəsində və bəzən boyundan qulağa qədər hiss edilən ağrı
- udmaqda çətinlik,
- davamlı öskürək
- Nəfəs darlığı
Tiroid xərçəngi diaqnozu qoyulması üçün ilk öncə qanda hormonların miqdarını təyin etmək məqsədi ilə testlər aparılır və daha sonra tiroid ultrasəs müayinəsi edilir.Ultrasəs muayinəsi zamanı hər hansı bir kütləyə rast gəlinərsə biopsiya edilir. Xərçəngin bədənin digər orqanlarına yayılıb-yayılmadığını müəyyən etmək məqsədi ilə KT, PET KT müayinələri həyata keçirilir.Tiroid xərçəngi diaqnozu təsdiqləndikdən sonra xəstəliyin müalicəsində bir çox üsullar tətbiq edilir.
Dərman müalicəsi. İnkişaf etmiş tiroid xərçəngi olan xəstələrdə xərçəng hüceyrələrinin böyüməsi və bölünməsini bildirən siqnalları hədəf alan dərmanlar istifadə olunur.
Cərrahiyyə. Tiroid xərçənglərində əsas müalicə üsulu olaraq cərrahiyyə tətbiq edilir.Lobektomiya,tiroid vəzi xaricinə yayılmayan yayılmayan (regional) tiroid xərçənglərinin müalicəsində istifadə edilən cərrahi üsuldur.Boyunun ön hissəsində 2-3 sm kəsik açılaraq icra olunan Lobektomiya əməliyyatında, boyundakı limfa düyünlərinə yayılma aşkar edilərsə, xərçəngli bölgə ilə birlikdə böyüyən bu limfa düyünləri də çıxarılır.
Tiroidektomiya tiroid vəzinin çıxarılması üçün ən çox müraciət edilən cərrahi metoddur. Boyunun ön hissəsində 1-2 sm kəsik açılaraq icra olunan Tiroidektomiya əməliyyatında tiroid vəzi tamamilə və ya bir hissəsi çıxarılır. Bundan əlavə,boyundakı limfa düyünlərinə yayılma aşkar edilərsə, xərçəngli bölgə ilə birlikdə böyüyən bu limfa düyünləri də çıxarılır.
Tiroid xərçəngi əməliyyatlarında Da Vinci Robotik Cərrahiyyəsindən istifadə əməliyyatın uğurla nəticələnməsini əhəmiyyətli dərəcədə artırır.
Radioterapiya. Radioterapiya müalicəsi əməliyyat edilə bilməyən xəstələrdə, radioaktiv yod müalicəsindən sonra şiş böyüməyə davam edərsə və ya əməliyyatdan sonra tətbiq edilir. Bu müalicə metodunda yüksək enerji şüaları xərçəng bölgələrinə tətbiq olunur.
Alkoqol ablasiyası (Xərçəngə alkoqol inyeksiya edilməsi). Xəstənin boynunda kiçik sahələrlə məhdudlaşan nüks etmiş tiroid xərçəngi varsa ultrasəsə bənzər bir görüntüləmə metodundan istifadə edərək kiçik tiroid xərçənginə alkoqol inyeksiya edilir. Əməliyyat zamanı müdaxilə olunması çətin olan bölgələrdə xərçəngin müalicəsində bu üsuldan isitfadə daha faydalıdır.
Kimyaterapiya. Kimyaterapiya xərçəng hüceyrələrini məhv etmək məqsədi ilə tətbiq edilən dərman müalicəsidir.Adətən tiroid xərçənginin müalicəsində kimyaterapiya daha az istifadə edilir, lakin digər müalicələrə cavab verməyən bəzi xəstələrdə tətbiq etməklə uğurlu nəticələr əldə edilə bilər.
Radioaktiv yod. Radioaktiv yod müalicəsi, daxilə qəbul edilən bir kapsul və ya maye şəklində tətbiq olunur. Radioaktiv yod, ilk növbədə tiroid hüceyrələri və tiroid xərçəngi hüceyrələrinə birbaşa nüfuz etdiyindən bədəndəki digər sağlam hüceyrələrə ziyan vurma riskini azaldır.
Xəstəliklə bağlı qeyd edilən hər bir müayinə və əməliyyat ən müasir tibbi texnologiya ilə təchiz olunmuş xəstəxana və öz sahəsinin peşəkarı olan akademik həkim heyəti tərəfindən həyata keçirilməlidir. Məhz Türk Sağlıq Qrupu sizi xəstəliyinizlə bağlı ən müasir tibbi cihazlara və peşəkar həkim heyətinə sahib xəstəxanalara yönləndirəcəkdir. Daha ətraflı məlumat almaq və peşəkar türk həkimlərindən xəstəliyinizlə bağlı pulsuz ikinci tibbi rəy almaq üçün bizə müraciət edin.
